“Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” - Almaniyalı deputat

 “Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” -  Almaniyalı deputat
  29 Sentyabr 2020    Oxunub:3145
Almaniyanın Cənubi Qafqaz ölkələri üzrə parlament qrupunun sədri Barbara Hendriks Azərbaycan və Ermənistan cəbhəsindəki gərginliyə münasibət bildirib.
Azvision.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, Hendriks yorulmadan, daim sülh prosesi üzərində işləməyin vacibliyini qeyd edib.

“Buna görə də ATƏT-in fəaliyyətdə olan sədri Minsk Qrupu həmsədrlərinə müraciət edərək, Fransa, Rusiya və ABŞ-a bu istiqamətdə işləri davam etdirməyə çağırıb. Ən böyük problem onunla bağlıdır ki, Ermənistan beynəlxalq hüquqa uyğun addımlar atmaqla razılaşmır. Mən indi analiz edə və ya deyə bilmərəm ki, hazırki eskalasiyaya görə məsuliyyəti kim daşıyır. Ancaq beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğu tamamilə birmənalıdır.

Hazırki məqamda ABŞ-dakı seçki öncəsi kampaniyaya, həmçinin Rusiyanın və Türkiyənin Suriyada müəyyən rol oynadığına görə biz mürəkkəb vəziyyətdəyik. Çoxmillətli dövlətin tam şəkildə mövcudolma haqqını etiraf etməliyik.

Əgər bu region yenidən Azərbaycan dövlətinin bir hissəsi olacaqsa, erməni əhalisinə xüsusi hüquqların verilməsi və sülh yolu ilə nizamlama üzərində işimizi davam etdirməliyik", - deyə almaniyalı deputat qeyd edib.

Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti