Ohanyan, Xaçaturov və Koçaryan Qarabağa getdi

Ohanyan, Xaçaturov və Koçaryan Qarabağa getdi
  29 Sentyabr 2020    Oxunub:4200
Ermənistanın sabiq prezidenti Robert Koçaryan Qarabağa gedib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Koçaryan Ermənistanın ikinci prezidenti olmadan əvvəl, 1994-1997-ci illərdə Qarabağdakı separatçı rejimə rəhbərlik edib, 90-cı illərdə isə Qarabağ döyüşlərində iştirak edib.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan da Qarabağdadır.

Qeyd edək ki, onların hər biri 2008-ci ildə Ermənistanda konstitusiya quruluşunu dəyişməkdə ittiham olunurlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti