İran XİN-dən silah nəqli ilə bağlı açıqlama

 İran XİN-dən silah nəqli ilə bağlı açıqlama
  29 Sentyabr 2020    Oxunub:3447
İran silah nəqli üçün öz ərazisindən istifadə edilməsinə icazə vermir.
Azvision.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib. Onun sözlərinə görə, İran ölkələrə məhsul tranzitinə dəqiq şəkildə nəzarət edir.

“Bəzi sosial şəbəkələrdə hərbi texnikanın İran ərazisindən Ermənistana daşınması ilə əlaqədar iddialar irəli sürülür. Halbuki İran və qonşu ölkələr arasında qeyri-hərbi məhsullar yük maşınları vasitəsi ilə tranzit edilir. Sosial şəbəkələrdə yayılan video-kadrlardakı yük maşınları qeyri-hərbi məhsulların tranziti ilə məşğuldurlar”, - deyə XİN rəsmisi əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İranınXariciİşlərNazirliyininmətbuatkatibiSəidXətibzadə  





Xəbər lenti