Düşmən Tərtərin dinc əhalisini hədəf alır - FOTOLAR

  29 Sentyabr 2020    Oxunub : 3875
   Düşmən Tərtərin dinc əhalisini hədəf alır -    FOTOLAR
Ön xətdə Azərbaycan Ordusunun əks-hücumu qarşısında tab gətirməyən düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini artilleriya atəşinə tutmaqda davam edir.
Cəbhə bölgəsində yerləşən digər rayonlarda olduğu kimi, Tərtərdə də yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərdən ölən və yaralananlar var, evlərə və infrastruktura ciddi ziyan dəyib. Azərbaycan Ordusu düşmənin təxribatına layiqli cavab verir.

Ermənistan dinc sakinləri atəşə tutmaqla, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və növbəti dəfə beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.













(AzərTac)

Teqlər: Tərtər   Mülki   Vətəndaş   Atəş