İlham Əliyev: “Pakistan həmişə bizim yanımızdadır”

      İlham Əliyev:   “Pakistan həmişə bizim yanımızdadır”
  29 Sentyabr 2020    Oxunub:2570
Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir.
Azvision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən səsləndirib.

Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı deyib: “Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram”.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti