Suriyadan Qarabağa gətirilən erməni terrorçuları - VİDEO

 Suriyadan Qarabağa gətirilən erməni terrorçuları -  VİDEO
  29 Sentyabr 2020    Oxunub:4273
Ermənistan vətəndaşlarından biri özünü sosial şəbəkələrdə ifşa edərək, terrorçu mahiyyətlərini əks etdirən video paylaşıb.
Azvision.az xəbər verir ki, "syriahay" adlı erməni “Twitter”də Suriyadan Ermənistana və Qarabağa gətirilən muzdluların görüntülərini paylaşıb.

O, videoya belə şərh yazıb: "Ermənilər və Suriyadan olan könüllülər Qarabağa gedir".

Video digər erməni izləyicilər tərəfindən kütləvi şəkildə şikayət edilib, həmin istifadəçi buna görə kadrları hesabından silib.

Ermənistan bu addımı ilə Suriyada yaşayan erməni terrorçularının Qarabağa gətirildiyini təsdiqləyir.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Suriya   Terror  





Xəbər lenti