“Ermənistan köhnə videoları yeni kimi təqdim edir” - Vaqif Dərgahlı

 “Ermənistan köhnə videoları yeni kimi təqdim edir” -    Vaqif Dərgahlı
  29 Sentyabr 2020    Oxunub:2921
“Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Polkovnik bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb:

"Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir".

Azvision.az


Teqlər: Ermənistan   Video   Saxta  





Xəbər lenti