Ərdoğan Azərbaycana dəstək verən partiyalara təşəkkür etdi

  28 Sentyabr 2020    Oxunub : 1935
 Ərdoğan Azərbaycana dəstək verən partiyalara təşəkkür etdi
Azərbaycana səmimi və güclü dəstək verdiyi üçün Qazi Məclisimizi səmimi qəlbdən təbrik edirəm.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında yazıb.

“Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu güclü bir şəkildə təsdiq edən bu ortaq açıqlamada imzası olan siyasi partiyalarımıza şəxsən öz adımdan və millətimiz adından təşəkkür edirəm”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İyi Partiya ortaq açıqlama ilə birmənalı şəkildə Azərbaycanı dəstəklədiklərini təsdiq edən sənəd imzalayıblar.

Azvision.az

Teqlər: Ərdoğan   Türkiyə   TBMM