13 yaşlı futbolçu erməni təcavüzünün qurbanı oldu

  28 Sentyabr 2020    Oxunub : 4517
   13 yaşlı futbolçu erməni təcavüzünün qurbanı oldu
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri futbolçudur.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, bu, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanovdur.

Qurbanov 2017/2018 mövsümündə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-11 Liqasında UGİM (Naftalan) komandasının heyətində çıxış edib. Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvünün həlak olması ilə əlaqədar AFFA dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir.

Şəhriyar Qurbanovun Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olması ilə bağlı AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq məktublar ünvanlanıb.

Azvision.az

Teqlər: AFFA   FİFA   UEFA   Müraciət