Medvedev də döyüşlərdən danışdı

  28 Sentyabr 2020    Oxunub : 3223
 Medvedev də döyüşlərdən danışdı
Dağlıq Qarabağ problemi güc yolu ilə həll edilə bilməz. Nizamlanma yalnız siyasi və diplomatik yollarla həyata keçirilməlidir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“Dağlıq Qarabağ münaqişəsi zonasında yeni gərginlik qan tökülməsinə və insan ölümünə səbəb oldu. Dağlıq Qarabağ problemi güc yolu ilə həll edilə bilməz. Nizamlanma yalnız siyasi- diplomatik yollarla həyata keçirilməlidir. Buna şəxsən, o cümlədən iki ölkə liderləri arasında aparılan danışıqlar zamanı Rusiyadan vasitəçi kimi çıxış etdiyim zaman əmin oldum. İndi bütün tərəflərin sakitləşməsi lazımdır. Hər şeydən əvvəl, hərbi ritorikanı, hərbi hərəkətləri dayandırmaq lazımdır. Əks təqdirdə, bölgədə fəlakətli nəticələrin qarşısını almaq olmaz".

Medvedev əlavə edib ki, bu gün böhrandan çıxmaq, həll yolları tapmaq üçün bütün imkanlardan istifadə edilməlidir.

"Həm ATƏT-in Minsk Qrupu çərçivəsində həmsədrlik mexanizmi, həm də ikitərəfli format – bizim qonşularımız və yaxın tərəfdaşlarımız Ermənistan və Azərbaycan nəzərə alınmaqla...”, - deyə Medvedev vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Medvedev