Ermənilər öz əsgərlərini atəşə tutur - Ölən və yaralılar var

  28 Sentyabr 2020    Oxunub : 4512
Ermənilər öz əsgərlərini atəşə tutur -  Ölən və yaralılar var
“Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib”.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub.

"Məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır. Bəzi xəbərlərə görə artıq həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var".

Azvision.az

Teqlər: Vaqif-Dərgahlı   Mətbuat-Xidməti