MN rəsmisi: “Düşmən ciddi itkilərə məruz qalıb”

  28 Sentyabr 2020    Oxunub : 4117
  MN rəsmisi:  “Düşmən ciddi itkilərə məruz qalıb”
Ermənistan tərəfindən Azərbaycan ordusunun itkisi ilə bağlı yayılan məlumatlar tamamilə yalandır.

Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, bu saxta məlumatların məqsədi ölkə daxilində yaranan xaosu azaltmaqdır:
"Ermənistan ordusu ciddi itkilərə məruz qalıb. Düşmənin 24 ədəd tankı və zirehli texnikası, 15 ədəd zenit raket kompleksi, 15 uçuş aparadı, 8 ədəd artilierriya qurğusu, 550 nəfərdən artıq şəxsi heyət itkisi var. Düşmən itkilərinin arasında aşkar edilmiş bəzi cəsədlərin Suriyadan və Yaxın Şərqdən gətirilmiş muzdlular olduğu aşkar edilib".

Azvision.az

Teqlər: Ordu   Döyüş