Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı daha bir çağırış

Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı  daha bir çağırış
  28 Sentyabr 2020    Oxunub:3490
Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Qarabağ ətrafındakı vəziyyətlə bağlı bütün tərəfdaşları ilə təmaslarını davam etdirmək niyyətindədir.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib.

"Moskva bütün xarici və daxili oyunçuları Dağlıq Qarabağdakı vəziyyətlə bağlı maksimum təmkin nümayiş etdirməyə çağırır. Rusiya Minsk Qrupunun həmsədri olaraq, 1991-ci ildən bəri bu prosesdə fəal iştirak edir. Biz bütün tərəfdaşlarımızla əlaqələri davam etdirmək niyyətindəyik.

Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə daim əlaqə saxlayır. Dünən Minsk Qrupu həmsədrləri bəyanat yaydılar. Biz də tezliklə atəşkəsin əldə edilməsi və bu böhranın sülh yolu ilə həllinə alternativin olmadığını təsdiqləyirik", - deyə XİN rəsmisi qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti