Merkel Navalnı ilə gizli görüş keçirib

Merkel Navalnı ilə gizli görüş keçirib
  28 Sentyabr 2020    Oxunub:1616
Almaniya kansleri Angela Merkel Rusiya müxalifətinin lideri Aleksey Navalnını Berlindəki “Charite” klinikasında ziyarət edib.
Azvision.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri yazıb.

Mövzu ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl Omskdakı xəstəxanaya yerləşdirilən Navalnı daha sonra Almaniyaya aparılıb. Sentyabrın əvvəlində Almaniya hökuməti onun “Noviçok” qrupundan olan maddə ilə zəhərləndiyini elan edib.

Moskva Berlin laboratoriyasından analizlərin nəticələrini əldə etmək üçün sorğu verib, lakin cavab almayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Merkel   Navalnı  





Xəbər lenti