“Xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşib” - Hikmət Hacıyev
Hikmət Hacıyevin sözlərinə görə, dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın bu təxribatının mahiyyətində faşizm xisləti dayanır.
"Ermənilər bu gün səhər saatlarından başlayaraq mülki insanları atəşə tutaraq faşist xislətlərini bir daha göstərdilər. Bu təxribatın qarşısının alınması üçün əks hücum tədbirləri həyata keçirilir, düşmənin atəşinin qarşısı uğurla alınır və düşmən yerinə otuzdurulur. Hadisələrlə bağlı ölkə ictimaiyyətinə ətraflı məlumat veriləcək. Azərbaycan Ordusu bu təxribatın qarşısını almaq və torpaqlarımızı azad etmək üçün öz rəşadətli missiyasını həyata keçirir. Bu gün bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və bu, Ermənistanı qorxuya salır”.
Azvision.az
Teqlər: Hikmət-Hacıyev