Həmsədrlər bəyanat yaydı

Həmsədrlər bəyanat yaydı
  27 Sentyabr 2020    Oxunub:2424
ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şefer (ABŞ) cəbhəsindəki vəziyyətlə bağlı bəyanat yayıb.
Azvision.az -ın məlumatına görə, bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlara dair xəbərlərdən narahatlıq ifadə olunub.

“Biz güc tətbiqini qınayır və mülki şəxslər də daxil olmaqla insan itkisindən təəssüfümüzü bildiririk”.

Onlar tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin davamlı həll yollarını tapmaq üçün danışıqları bərpa etməyə çağırıblar.

Həmsədrlər tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırır və münaqişənin sülh danışıqlar yolu ilə həllinə alternativ olmadığını təkrar ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT  





Xəbər lenti