"Qardaş Azərbaycana dəstəyimiz tamdır" - Türkiyə XİN

  27 Sentyabr 2020    Oxunub : 1628
   "Qardaş Azərbaycana dəstəyimiz tamdır" -    Türkiyə XİN
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın son təxribatına münasibət bildirib .
Azvision.az-ın məlumatına görə, Türkiyə XİN-in sözçüsü Hami Aksoy bəyan edib ki, qardaş Azərbaycana dəstəyimiz tamdır.

"Ermənistan silahlı qüvvələrinin bu səhər atəşkəsi pozduğunu və cəbhə xəttində Azərbaycan Ordusunun Tərtər rayonunun Qapanlı, Ağdamın Çıraklı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbeyli və Cebrayılın Çocuq Mərcanlı kəndlərini ağır silahlarla atəşə tutulduğunu öyrəndik.

Biz beynəlxalq hüququ açıq şəkildə pozan və mülki insan tələfatına səbəb olan erməni hücumunu qətiyyətlə pisləyirik. Bu hücumlarla Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha göstərdi.

Əlbəttə ki, Azərbaycan öz müdafiə hüququndan xalqını və ərazi bütövlüyünü qorumaq üçün istifadə edəcək. Bu müddətdə tək ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi tamdır. Azərbaycan necə istəsə, o şəkildə yanında olacağıq.

Beynəlxalq ictimaiyyəti haqlının yanında olmağa dəvət edirik. Şəhid olmuş azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara təcili şəfa diləyirik və can Azərbaycana başsağlığı diləyirik", - deyə XİN rəsmisi qeyd edib.


Pərvanə Sultanova

Azvision.az



Teqlər: Türkiyə   XİN