Rusiya XİN döyüşlərlə bağlı bəyanat yayıb

  27 Sentyabr 2020    Oxunub : 1482
Rusiya XİN döyüşlərlə bağlı bəyanat yayıb
Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ilə əlaqədar bəyanat yayıb.
Azvision.az xəbər verir ki, Rusiya XİN-in yaydığı məlumatda deyilir:

“Mövcud məlumatlara görə, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət kəskin şəkildə pisləşib. Hər iki tərəfdən təmas xətti boyunca intensiv atəş davam edir. İtkilər barədə məlumatlar gəlir. Vəziyyəti sabitləşdirmək üçün tərəfləri dərhal atəşi dayandırmağa və danışıqlara başlamağa çağırırıq”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   XİN