Fransada 14 mindən çox yeni yoluxma aşkarlandı

Fransada 14 mindən çox yeni yoluxma aşkarlandı
  27 Sentyabr 2020    Oxunub:1833
Fransada son sutka ərzində koronavirusa 14 412 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, ölkə üzrə ümumi yoluxma sayı 527 446 nəfərə yüksəlib. Son sutkada 39 pasiyent COVID-19 infeksiyasından dünyasını dəyişib.

İndiyədək 31 700 nəfər pandemiyanın qurbanı olub, 94 891 xəstə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, son günlər bəzi Avropa ölkələrində olduğu kimi Fransada da virusa yoluxma sayında kəskin artım müşahidə edilir.

Azvision.az


Teqlər: Fransa   Koronavirus   Pandemiya  





Xəbər lenti