Hökumət rəsmiləri cəbhəboyu yaşayış məntəqələrində

 Hökumət rəsmiləri cəbhəboyu yaşayış məntəqələrində
  26 Sentyabr 2020    Oxunub:3051
Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq qurumların nümayəndələri Tovuz, Ağstafa və Qazax rayonlarının cəbhəboyu yaşayış məntəqələrində olub.
Nazirlər Kabinetindən Azvision.az -a bildirilib ki, hökumət nümayəndələri cəbhəboyu yaşayış məntəqələrində içməli su, qaz, elektrik enerjisi ilə təminat, məktəb və tibb məntəqələrinin vəziyyəti ilə tanış olublar.

Cəbhəboyu yaşayış məntəqələrində kommunal və sosial infrastrukturun təkmilləşdirilməsi və yenilərinin yaradılmasına dair konkret layihələr müzakirə olunub, müvafiq qurumlara konkret tapşırıqlar verilb.

Cəbhəboyu bölgələrdə həyat üçün zəruri olan infrastrukturun yaxşılaşdırılması hökumətin prioritetləri sırasındadır.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti