“Payız-qış mövsümü problem yarada bilər” - TƏBİB rəsmisi
Professor bildirib ki, əgər COVID-19 xəstəliyi qriplə birlikdə rast gəlinərsə, bu, xəstəliyin daha ağır getməsinə səbəb ola bilər. Ona görə də bütün dünyada qrip xəstəliyi əleyhinə peyvənd aparılması işləri aktuallaşıb. Demək olar ki, dünyanın bütün ölkələri bununla əlaqədar tədbirlər görməkdədir. Əslində qrip əleyhinə vaksinasiya indiki dövrdə elə COVID-19-a qarşı əks-epidemik tədbirlərin bir hissəsidir.
O, əvvəllər də ölkəmizdə qrip əleyhinə vaksinasiya tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb. A.Qurbanov bildirib ki, o zamanlar vaksinasiya belə ciddi şəkildə tətbiq olunmayıb:
"Hazırda biz digər bir virusun - COVID-19-un yaratdığı pandemiya dövründə yaşayırıq. Payız-qış aylarında pandemiyanın gedişində müəyyən çətinliklərlə üzləşməsək, yaxın vaxtlarda, yəni gələn ildən etibarən koronavirusa qarşı vaksinlərin istifadəsi bizim pandemiya təhlükəsindən xilas olmağımıza kömək edəcək".
Azvision.az
Teqlər: TƏBİB