Bakıda 553 küçə dezinfeksiya edildi

Bakıda 553 küçə dezinfeksiya edildi
  26 Sentyabr 2020    Oxunub:2148
Sentyabrın 26-da Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, artıq 13-cü dəfədir keçirilən sanitar işləri zamanı ümumilikdə 553 küçə dezinfeksiya edilib.

Görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Azvision.az


Teqlər: Bakı   Küçə   Prospekt   Dezinfeksiya  





Xəbər lenti