Daha 10 şagirddə koronavirus aşkarlandı

  26 Sentyabr 2020    Oxunub : 1800
  Daha 10 şagirddə koronavirus aşkarlandı
Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı məlumat açıqlanıb.
Təhsil Nazirliyindən Azvision.az-a bildirilib ki, sentyabrın 26-da 51 şagirdin, işçi heyətindən 1 nəfərin bədən hərarəti 37 dərəcədən yuxarı olub.

10 şagird, işçi heyətdən 2 nəfər koronavirusa yoluxub. Virusa yoluxma hallarına görə 1 sinifdə tədris distant formaya keçirilib. Bununla da distant təhsilə keçirilən siniflərin sayı 12-yə çatıb.

Xatırladaq ki, respublika üzrə 1 məktəbdə - Quba rayonu Qamqam kənd orta məktəbi 8 müəllimin virusa yoluxması səbəbindən təhsil distant formasına keçirilib.



Azvision.az

Teqlər: Koronavirus   Pandemiya