Əli Əsədov ukraynalı həmkarına başsağlığı verib

Əli Əsədov ukraynalı həmkarına başsağlığı verib
  26 Sentyabr 2020    Oxunub:1949
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov sentyabrın 26-da Ukraynanın Baş Naziri Denis Şmıqala başsağlığı məktubu göndərib.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

“Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Azvision.az


Teqlər: Əli-Əsədov   Baş-Nazir   Ukrayna  





Xəbər lenti