İlham Əliyev Zelenskiyə başsağlığı verib

  İlham Əliyev Zelenskiyə başsağlığı verib
  26 Sentyabr 2020    Oxunub:2588
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə başsağlığı verib.
Azvision.az-ın məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Ukrayna   Zelenski  





Xəbər lenti