Özüyeriyən haubitsalardan döyüş atışları keçirilir - VİDEO+FOTOLAR

 Özüyeriyən haubitsalardan döyüş atışları keçirilir -    VİDEO+FOTOLAR
  26 Sentyabr 2020    Oxunub:4607
Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Msta-S” özüyeriyən haubitsa heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, həyacan siqnalı ilə qaldırılan heyətlər atəş mövqelərinin dəyişilməsi və şərti döyüş zamanı düşmən hədəflərinin koordinatlarının təyin edilməsi suallarını məşq ediblər.

Döyüş atışları icra edən heyətlər şərti düşmənin müxtəlif məsafələrdə yerləşən hərbi texnikası və mühəndis fortifikasiya qurğularını məhv ediblər.





















Azvision.az


Teqlər: Msta-S   Haubitsa   Təlim  





Xəbər lenti