Ceyhun Bayramov Ukraynaya başsağlığı verdi

 Ceyhun Bayramov Ukraynaya başsağlığı verdi
  26 Sentyabr 2020    Oxunub:2997
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov təyyarə qəzası ilə bağlı Ukraynaya başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə XİN rəhbəri “Twitter” də paylaşım edib.

“Xarkovda baş verən hərbi təyyarə qəzası zamanı insan itkisi bizi dərindən kədərləndirdi. Həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Yaralılara tezliklə sağalmağı arzu edirik.

Bizim dəstəyimiz və həmrəyliyimiz Ukrayna hökuməti və xalqı ilədir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   XİN   Nazir  





Xəbər lenti