Berluskoninin koronavirus testi müsbət çıxdı
Siyasətçinin Arkordakı villasında təcrid olunduğu deyilir. O, yorğunluq sindromuna baxmayaraq, özünü yaxşı hiss edir.
Test nəticəsinin müsbət çıxması Berluskoninin sentyabrın 29-na planlaşdırılan doğum günü şənliyinin ləğvinə səbəb olub.
Xatırladaq ki, sabiq Baş Nazirə sentyabrın 2-də ilkin mərhələdə ikitərəfli sətəlcəm diaqnozu qoyulub. Bundan sonra o, xəstəxanaya yerləşdirilib, sentyabrın 15-də isə evə buraxılıb.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Berluskoni