Livanın Baş Naziri istefa verdi

Livanın Baş Naziri istefa verdi
  26 Sentyabr 2020    Oxunub:2851
Livanın Baş Naziri Mustafa Adib istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Adib istefa verdiyini və yeni hökumət qurmaqdan imtina etdiyini açıqlayıb.

"İstefamın səbəbi siyasi blokların şərtimi yerinə yetirməməsi idi. Hökumətin qurulması prosesini siyasiləşdirməkdən imtina etmədilər", - deyə Baş Nazir əlavə edib.

Xatırladaq ki, avqust ayında paytaxt Beyrutda baş vermiş güclü partlayışdan sonra Livan hökuməti istefaya gedib. Livan Prezidenti Mişel Aun avqustun 31-də namizədliyi irəli sürülən Mustafa Adibi Baş Nazir postuna təsdiqləyib.
Livan XİN: "Region uçuruma dirənib"

2013-cü ildən Livanın Almaniyadakı səfiri olan Mustafa Adibin bu posta namizədliyini Livanın keçmiş Baş Naziri və ölkənin ən böyük sünni partiyasının lideri Saad əl-Həriri, Hizbullah hərəkatı və Valid Cumblattın lideri olduğu Proqressiv Sosialist Partiyası da dəstəkləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Livan   Baş-Nazir  





Xəbər lenti