Zelenski 25 nəfərin öldüyü qəza yerinə getdi

Zelenski 25 nəfərin öldüyü qəza yerinə getdi
  26 Sentyabr 2020    Oxunub:2421
Ukrayna Prezidenti Vladimir Zelenski dünən hərbi təyyarənin qəzaya uğradığı Xarkov bölgəsinə gəlib.
Azvision.az Ukrayna KİV-lərinə istinadlən xəbər verir ki, Zelenskinin olduğu təyyarə Çuquyevdəki hərbi aerodromda eniş edib.

Hazırda Ukraynanın Müdafiə naziri Andrey Taran və Daxili İşlər naziri Arsen Avakov da hadisə yerindədir.

Qeyd edək ki, ötən gün Xarkov vilayəti yaxınlığında AN-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 25 nəfər ölüb, daha 2 nəfər xəstəxanaya yerləşdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti