Ermənistanın səhiyyə naziri məhkəməyə verildi

  26 Sentyabr 2020    Oxunub : 1482
 Ermənistanın səhiyyə naziri məhkəməyə verildi
Ermənistanın Hüquqşünaslar Palatasının rəhbəri Ara Zöhrabyan səhiyyə naziri Arsen Torosyanı məhkəməyə verib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb şəxsin hətta tək və ya ailə üzvləri ilə birlikdə şəhər parklarında, zooparklarda, botanika bağlarında, ziyarət yerlərində, ekskursiyalarda və digər yerlərdə məcburi maska taxmaqla bağlı Torosyanın 11 sentyabr tarixli qərarıdır.

Zöhrabyan, küçə və digər açıq yerlərdə məcburi maska rejiminin ləğv edilməsini tələb edir.

Xatırladaq ki, Ermənistanda 16 mart - 11 sentyabr tarixlərində fövqəladə vəziyyət rejimi qüvvədə olub. Hazırda ölkədə 11 yanvar 2021-ci ilə qədər davam edəcək karantin tətbiq edilir və "maska rejimi" saxlanılır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan