Hindistanda COVID-19-dan ölüm sayı 93 mini keçib

Hindistanda COVID-19-dan ölüm sayı 93 mini keçib
  26 Sentyabr 2020    Oxunub:2548
Hindistanda son sutka ərzində 85 min 362 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi yoluxma hallarının sayı 5 milyon 903 min 932 nəfərə çatıb. Son bir gündə 1089 pasiyent pandemiyanın qurbanı olub. Bununla infeksiyadan ölənlərin sayı 93 min 379-a yüksəlib. İndiyə qədər 4 milyon 849 min 584 xəstə sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayına görə dünyada ikinici, virusdan ölümlərə görə isə 3-cü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti