Dənizdə temperatur artır, heyvanlar məhv ola bilər - Alimlərdən xəbərdarlıq

  26 Sentyabr 2020    Oxunub : 2792
 Dənizdə temperatur artır, heyvanlar məhv ola bilər -  Alimlərdən xəbərdarlıq
İnsanların fəaliyyəti nəticəsində iqlimdəki dəyişikliklər yalnız atmosferdə deyil, okeanlar da özünü biruzə verməyə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Bern Universitetinin alimlərinin araşdırmasında qeyd olunub. Belə ki, son onilliklərdə dəniz istilik dalğaları əhəmiyyətli dərəcədə daha uzun və daha tez-tez olmağa başlayıb. Müşahidələr nəticəsində məlum olub ki, suyun temperaturu okeanların müəyyən bölgələrində güclü bir şəkildə artıb və yerli ekosistemləri pozub.

Okeanlardakı istilik dalğaları insanın təsiri səbəbindən 20 dəfədən çox artıb. Son illərdə bu cür dalğalar açıq dənizdə və sahildə ekosistemlərdə əhəmiyyətli dəyişikliklərə səbəb olub. Dəniz istiliyinin artması quşların, balıqların, məməlilərin ölümünə, mercanların ağarmasına, yosunların sürətli çiçəklənməsinə səbəb ola bilər.

Alimlər peyk vasitəsi ilə 1981-ci ildən 2017-ci ilə qədər dəniz səthindəki istiliyin ölçülərini təhlil ediblər. Bu dövrün ilk on ilində mütəxəssislər orta hesabla 32 gün davam edən 27 böyük istilik dalğasını qeydə alıblar. Suyun istiliyi uzunmüddətli orta temperaturdan 4.8 dərəcə yüksəlib. Lakin alimlər son onillikdə orta hesabla 48 gün davam edən və normadan 5.5 dərəcə yüksək olan 172 böyük dəniz istiliyini qeydə alıblar.

Azvision.az

Teqlər: Dəniz   alim