Ukraynada təyyarə qəzası ilə bağlı axtarışlar dayandırıldı

Ukraynada təyyarə qəzası ilə bağlı axtarışlar dayandırıldı
  26 Sentyabr 2020    Oxunub:1919
Ukrayna xilasediciləri Xarkov vilayəti yaxınlığında göyərtəsində kursantların olduğu AN-26 hərbi təyyarənin qəzaya uğradığı yerdə axtarış əməliyyatlarını dayandırıblar.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu gün səhər hadisə yerindən daha üç kursantın meyiti tapılıb. Bundan sonra axtarış işləri dayandırılıb.

Xatırladaq ki, dünən axşam saatlarında Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarədə heyət üzvləri və Xarkov Hava Qüvvələri Universitetinin kursantları ilə birlikdə 27 nəfər olub.

İki kursant təyyarədən atılaraq xilas olub, onlar hazırda xəstəxanadadır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Xarkov  





Xəbər lenti