Afrikada virus qurbanlarının sayı 35 minə çatır

Afrikada virus qurbanlarının sayı 35 minə çatır
  26 Sentyabr 2020    Oxunub:2146
Afrika qitəsində son 24 saatda 8149 nəfər koronavirusa yoluxub.
Azvision.az "Worldometer" portalına istinadən xəbər verir ki, Afrikada ümumi yoluxma sayı 1 milyon 452 min 768 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 154 nəfər artaraq 34 min 912-yə yüksəlib. İndiyədək 1 milyon 19 min 597 xəstə sağalıb.

Qitədə koronavirusdan ölənlərin sayına görə ilk sıralarda Cənubi Afrika (16 312), Misir (5 853) və Əlcəzair (1998) yer alır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Afrika   Koronavirus   Pandemiya  





Xəbər lenti