Fransada yoluxma və ölüm sayı yenidən artır

  25 Sentyabr 2020    Oxunub : 2491
Fransada yoluxma və ölüm sayı yenidən artır
Fransada son sutka ərzində koronavirusa 15 797 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, ölkə üzrə ümumi yoluxma sayı 513 034 nəfərə yüksəlib. Son sutkada 150 pasiyent COVID-19 infeksiyasından dünyasını dəyişib.

İndiyədək 31 661 nəfər pandemiyanın qurbanı olub, 94 891 xəstə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, son günlər bəzi Avropa ölkələrində olduğu kimi Fransada da virusa yoluxma sayında kəskin artım müşahidə edilir.

Azvision.az

Teqlər: Fransa   Koronavirus   Pandemiya