Prokurorluğa “Instagram”da 70 müraciət daxil olub - VİDEO

Prokurorluğa “Instagram”da 70 müraciət daxil olub -    VİDEO
  26 Sentyabr 2020    Oxunub:3480
Sentyabrın 25-də saat 15:00-dan 18:00-dək Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində prokurorluqla bağlı növbəti sual-cavab sessiyası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətləri qeydə alınıb.

Sessiya zamanı 70 müraciət daxil olub. Müraciətlər Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən dərhal cavablandırılıb.

Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.



Azvision.az


Teqlər: Baş-Prokurorluq   Sual-Cavab  





Xəbər lenti