100-dən çox belaruslu məmura sanksiya tətbiq edildi

 100-dən çox belaruslu məmura sanksiya tətbiq edildi
  25 Sentyabr 2020    Oxunub:1777
Latviya Belarusun 101 vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib.
Azvision.az xəbər verir ki, bu barədə TASS Latviya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, Belarus hökuməti dinc nümayişlərə münasibətini dəyişməyib.

"Nümayişlərin nüfuzdan salınmasına davam edilir, gücdən qeyri-mütənasib şəkildə istifadə olunur, müstəqil media saytlarının bloklanması artır, cinayət işləri açılır və məlumat daşıyıcıları aradan götürülür".

Latviya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, genişləndirilmiş sanksiya siyahısına Belarus Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rabitə və İnformasiya Nazirliyi, Mərkəzi Seçki Komissiyası və digər qurumların nümayəndələri daxildir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Latviya   Belarus  





Xəbər lenti