Səfir: “Heç kim Pakistan qədər Azərbaycanı anlaya bilməz”
O bildirib ki, Pakistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıdır.
Səfir xatırladıb ki, 1993-cü ildə məhz Pakistanın Təhlükəsizlik Şurasında sədrliyi zamanı həmin qətnamələr qəbul edilib: "Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Heç kim Pakistan qədər Azərbaycanı anlaya bilməz".
B.Haye Cammu və Kəşmir probleminə diqqət çəkib və deyib ki, həm Azərbaycan, həm də Kəşmir xalqı BMT qətnamələrinin yetinə yetirilməsini gözləyir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Pakistan