ABŞ-da son sutkada 914 nəfər COVID-19-dan ölüb

ABŞ-da son sutkada 914 nəfər COVID-19-dan ölüb
  25 Sentyabr 2020    Oxunub:2294
ABŞ-da son sutka ərzində koronavirus infeksiyasına 44 110 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, bir gündə 914 nəfər COVID-19 virusundan dünyasını dəyişib. Ümumilikdə isə indiyədək ABŞ-da 6 979 937 nəfər koronavirusa yoluxub, 202 827 xəstə vəfat edib. Sağalanların sayı isə 2 710 183 nəfər təşkil edir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti