İranda koronavirusdan daha 207 nəfər ölüb

İranda koronavirusdan daha 207 nəfər ölüb
  25 Sentyabr 2020    Oxunub:2220
İranda son sutka ərzində daha 207 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 25 min 222 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 3563 nəfər artaraq 439 min 882 -yə yüksəlib.

İranda indiyədək 369 min 842 koronavirus xəstəsi sağalıb, 4023 nəfərin vəziyyəti ağırdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti