TƏBİB-də mətbuat xidməti ləğv olundu - Yeni təyinatlar

  TƏBİB-də mətbuat xidməti ləğv olundu -    Yeni təyinatlar
  25 Sentyabr 2020    Oxunub:3794
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişikliyi aparılıb.

TƏBİB-dən Azvision.az -a bildirilib ki, dəyişikliyə əsasən, TƏBİB-də mətbuat xidməti vəzifəsi ləğv olunub. Bundan sonra göndərilən sorğular İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində cavablandırılacaq.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva qurumun Vətəndaş müraciətləri ilə iş şöbəsinə müdir təyin edilib.

Aygün Əliyeva isə TƏBİB-in Sənədlər və vətəndaş müraciətləri ilə iş departamentinin müdiri təyin olunub.

Azvision.az


Teqlər: TƏBİB   Struktur   Dəyişiklik  





Xəbər lenti