Bakıda yenidən dezinfeksiya işləri aparılacaq

 Bakıda yenidən dezinfeksiya işləri aparılacaq
  25 Sentyabr 2020    Oxunub:2305
Sentyabr ayının 26-da səhər saatlarından etibarən Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə Azvision.az -a paytaxtın kommunal strukturlarından məlumat verilib.

Qeyd olunub ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraqsakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Qeyd edək ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı koronavirus pandemiyasından qorumaqdır. Bu istiqamətdə müvafiq işlər görülür və onlar bəhrəsini verməkdədir.

Azvision.az


Teqlər: Bakı   Koronavirus  





Xəbər lenti