Ermənistanda daha 392 nəfər koronavirusa yoluxdu

 Ermənistanda daha 392 nəfər koronavirusa yoluxdu
  25 Sentyabr 2020    Oxunub:1691
Ermənistanda son sutka ərzində daha 392 nəfərdə koronavirus infeksiyası (COVID-19) aşkar olunub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 48 643 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, pandemiya qurbanlarının sayı 947-yə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 293 nəfərdir. İndiyədək 43 401 xəstənin sağaldığı bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti