Fransada virusa yoluxma rekordu yeniləndi

   Fransada virusa yoluxma rekordu yeniləndi
  25 Sentyabr 2020    Oxunub:2147
Fransada son sutka ərzində koronavirusa 16 096 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu, Fransada epidemiya başlayandan bəri rekord göstəricidir.

Ölkə üzrə ümumi yoluxma sayı 497 237-yə yüksəlib. Son sutkada 52 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib.

İndiyədək 31 511 nəfər pandemiyanın qurbanı olub, 94 413 pasiyent sağalaraq evə buraxılıb.

Azvision.az



Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti