Britaniyada yoluxmalar artmaqda davam edir

  24 Sentyabr 2020    Oxunub : 1571
Britaniyada yoluxmalar artmaqda davam edir
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 6634 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 416 363, xəstəlikdən ölənlərin sayı isə 41 902 nəfərə çatıb.

Son günlər Böyük Britaniyada virusa yoluxma sayında kəskin artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Azvision.az

Teqlər: Britaniya   Koronavirus