Yusif İldırımzadənin qaynının öldürülməsi xəbəri təkzib edildi - RƏSMİ

Yusif İldırımzadənin qaynının öldürülməsi xəbəri təkzib edildi -  RƏSMİ
  25 Sentyabr 2020    Oxunub:3764
Bəzi kütləvi informasiya vasitələrində guya Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi ilə bağlı məlumatlar yayılıb.

Bu barədə Azvision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumatda deyilir: "Tərəfimizdən həmin məlumatlar təkzib olunaraq bildirilir ki, qeyd olunan informasiya həqiqəti əks etdirmir. İstintaqın gedişatı və nəticəsi barədə ətraflı məlumatın verilməsi təmin olunacaq. Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur".

Azvision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti