Türkiyədə son sutkada koronavirusdan 74 nəfər öldü

   Türkiyədə son sutkada koronavirusdan 74 nəfər öldü
  25 Sentyabr 2020    Oxunub:2220
Türkiyədə son sutka ərzində 74 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1721 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 7785, virusa yoluxanlar isə 309 790 nəfərə çatıb.

Türkiyədə indiyədək 271 964 pasiyent (son sutkada 1241 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az



Teqlər:





Xəbər lenti