Navalnının mənzilinə həbs qoyuldu

Navalnının mənzilinə həbs qoyuldu
  24 Sentyabr 2020    Oxunub:2832
Rusiya müxalifətinin lideri Aleksey Navalnının mənzilinə həbs qoyulub.
Azvision.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış “Twitter” hesabında yazıb.

"Məhkəmə icraçıları Aleksey Navalnının mənzilinə həbs qoyublar. Bu, “Moskva məktəblisi” şirkətinin iddiası ilə əlaqədardır. İndi Navalnı mənzili sata, bağışlaya və ya girov qoya bilməz".

Yarmışın sözlərinə görə, Navalnının hesablarına da eyni vaxtda həbs qoyulub.

Qeyd edək ki, zəhərlənmə diaqnozu ilə Berlinə aparılan Navalnı bir neçə gündür xəstəxanadan çıxıb. O, hələlik Rusiyaya qayıtmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Navalnı  





Xəbər lenti