İtlər koronavirusu bir dəqiqəyə aşkar edir

  24 Sentyabr 2020    Oxunub : 1798
İtlər koronavirusu bir dəqiqəyə aşkar edir
Helsinki hava limanında xüsusi təlim keçmiş itlər sərnişinlərin koronavirusa yoluxub-yoluxmadığını qoxu ilə müəyyən edirlər.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edilir ki, itlər onlara verilən test salfetlərindən istifadə edərək virusu tanımağı öyrəniblər. İlk növbədə xaricdən gələn sərnişinlər yoxlanılır, onlardan dərilərini salfetlə silmələri istənilir. Sonra salfet itlərə aparılan xüsusi qaba qoyulur. Cəmi bir dəqiqə ərzində sərnişinin COVID-19 olub- olmadığı itlər tərəfindən müəyyən edilir. Nəticə müsbət olduqda, həmin şəxs tibbi məlumat mərkəzinə göndərilir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Koronavirus   Helsinki